Ramin Quluzadə daha bir rəisi vəzifədən kənarlaşdırdı

Ramin Quluzadə daha bir rəisi vəzifədən kənarlaşdırdı Tərtər rayonunda idarə rəisi işdən çıxarılıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Tərtər Rayon Telekommunikasiya Qovşağının rəisi Bəylərov Vidadi Edilxan oğlu tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
V.Bəylərov 3 ildir ki, vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl rayon icra başcısının birinci müavini işləyirdi.
Geri qayıt