“Hafka” AMAY Abdulla yolunda: “Şapka Mamed” milyarderi həbs etdirir?

“Hafka” AMAY Abdulla yolunda: “Şapka Mamed” milyarderi həbs etdirir? “Hafka” adı ilə məşhur olan, bir zamanlar Fransada hətta stadionda azarkeşlərə dollar paylayan, hazırda müflisləşdiyini bəyan edən sahibkar Hafiz Məmmədov iflasa uğramasına görə, Beynəlxalq Bankın həbsdə olan sabiq prezidenti Cahangir Hacıyev başda olmaqla keçmiş biznes ortaqlarını ittiham edir.
772 milyon qaytarmalı olan biznesmen qandallana bilər. Onun AMAY Abdullanın taleyini yaşayacağı da istisna edilmir.
Biznesmen haqqin.az-da dərc olunmuş sensasiyalı məktubunda iddia edir ki, keçmiş ortaqları onun “Bank of Azerbaijan” bankını axırıncı qəpiyinə qədər soyublar və üzərinə yüz milyonlarla dollar borc yükləyiblər.
Bu borcla bağlı olaraq Hafiz Məmmədov, keçmiş biznes ortaqlarının və məhkəmə orqanlarının mənəvi, maddi təzyiqləri altında olduğunu bildirir.
Onun yazdığından belə məlum olur ki, hazırda Hafiz Məmmədovdan yalnız vaxtilə Beynəlxalq Bankdan aldığı kreditlərə görə 772.5 milyon manat qaytarmaq tələb edilir.
Beynəlxalq Bankın talanmış kreditlərini qaytarmaq “Şapka” Mamed ləqəbli “Aqrarkredit” ASC-nin rəbəri Məmməd Musayevə tapşırılıb.
Onun isə heç kimin “gözünün yaşına” baxmadığı, kredit borcu olanların nəyi var əlindən aldığı bildirilir.
Görünür Hafiz Məmmədov da onun basqısı qarşısında uzun müddət duruş gətirə bilməyəcəyini görərək, öz problemini içtimailəşdirməyə, tələb olunaan vəsaitin müəyyən hissəsindın xəbəri olmadığını iddia etməyə başlayıb.
Məlumata görə, “Hafka”nın əl-ayağa düşməsi və problemini mediada tirajlaması “saman çöpüyündən” yapışmağa bənzəyir. İş adamı tərk edilmiş vəziyyətdədir və pulları qaytarmasa həbs oluna bilər.
Məlum olur ki, “Hafka”nın borclarının ümumi məbləğindən bir hissəsi-112.1 milyon dollar və 3.6 milyon avro “Heaney Assets Corporation” adlı şirkətin adınadır. Hansı ki, “Hafka” həmin şirkətlə uzaqdan-yaxından heç bir bağlılığıolmadığını bəyan edir.
“Bu, “Canik”ə (Cahangir Hacıyev – red.) bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib. Rusiyada vergi qeydiyyatından keçib” deyir.
Hazırda Hafiz Məmmədovun təxminən 1,5 milyard borc altında olduğu ortaya çıxır. Bəlkə də buna görədir ki, mətbuatda özünü “Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar” kimi təqdim etdirir.
Hara, hansı sahələrə qoyub bu qədər investisiyanı, bilinmir. Hafiz Məmmədovun yazdığından belə məlum olur ki, indi heç bununla maraqlanan da yoxdur.
Rəsmi qurumlar hazırda yalnız ondan 100 milyonlarla borcu qaytarmağı tələb edir. Maraqlıdır, Hafiz Məmmədov bu qədər pulu neyləyib?
Ondan hesabat tələb edənlər də məhz əks təqdirdə “Hafka”nı C.Hacıyevin yanına göndərə bilərlər.
Geri qayıt