8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri

8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri 2009- cu il, 11 fevral evinin önündə, Bakı şəhəri,İsmayıl Bəy Qutqaşınlı küçəsi 125, 172 nömrəli məktəbin yaxınlığında, Beynəlxalq Bankın Yasamal rayon filialının arxa tərəfində,öz maşınında başından aldığı güllə ilə qətlə yetirilən Rail Rzayevin hələ də qatilləri tapılmayıb.
Keçirilən axtarış-istintaq əməliyyatları zamanı bir neçə nəfər həbs olunsa da,sonralar sərbəst buraxılıblar. 8 illik cinayətin izi ilə Monitortv.info olaraq, araşdırmalar apardıq. Apardığımız axtarışlar zamanı qarşımıza çıxan və gözdən yayınan xırda detalları, bununla yanaşı generalın qətli ilə əlaqədar əldə etdiklərimizi oxucularımıza təqdim edirik.
Rail Rzayevin ölümündən öncə.
Bir aya yaxın davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumatlara əsasən, general Rail Rzayev, müdafiə nazirinin müavini vəzifəsində çalışdığı dönəmdə çox böyük nailiyyətlərə malik olmağı bacırıb. Belə ki, hətta ölməmişdən öncə mətbuatda onun haqqında nazir postuna təyin olunacağı iddiaları dolaşmaqda idi. Daha sonra Rail Rzayevi hədəf alan qaranlıq güclər, onun ölkə prezidenti İlham Əliyevə çox yaxın adam olduğunu, prezidentin ona etibar etdiyini bildiklərindən dolayı, generalın adını müxtəlif cür maxenasiyalarda hallandırmağa çalışdılar. Bu da məlumdur ki, həmin dövrdə Müdafiə Nazirliyinin silah alveri məsələlərində ciddi məbləğdə pullar yoxa çıxmışdı. Rail Rzayevi yaxından tanıyan şəxslər qeyd edir ki, onun bu məsələdən xəbərdar olduğunu və bütün bunları prezidentə məruzə edə biləcəyini ehtimal edən bəzi qüvvələr, generalı aradan qaldıraraq bütün yeyinti faktorunu onun üzərinə atmağı planlaşdırırdılar.
Bəs cinayət kifayət qədər “təmiz” olmuşdumu?
Təbii ki, cinayətkarlar və bu qətlin sifarişçiləri hardasa açıq buraxmalı idilər.
Rail Rzayev qətlinin tam detallarına aydınlıq gətirmək üçün bir neçə araşdırmalar apardıq. Hətta cinayət yerinə baxış da keçirdik.
Məlum oldu ki, generalın qarşısında qətlə yetirildiyi binanın ikinci mərtəbəsi tamamən sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova məxsusdur və hər gün burada iki qoruma tipli 009, 099 nömrəli avtomobil 24 saat keşik çəkir. Hər tərəfdən kameralarla əhatə olunmuş bir yerdə ölkənin müdafiə nazirinin müavini qətlə yetirilir, ancaq qatil hələ də tapılmır. Cinayətin baş verdiyi zaman bir başa gücləndirilmiş iş rejiminə keçməsi gərəkən MTN, heç bir şey baş verməmiş kimi gündəlik işlərini davam etdirir. Üstəlik bu cinayət Bakı Şəhər Baş Prokurorluğundan alınaraq, Hərbi Prokurorluğa həvalə edilir. Gəlin gözdən yayınan bəzi detallara və generalın ölümündən öncə kimlərin “bostan”ına daş atdığına nəzər yetirək.
Əldə etdiyimiz məlumatlara görə, Rail Rzayev Azərbaycanla qərb arasındakı münasibətlərin qurulmasında, İsraillə Azərbaycan üzərindən “İqla” tipli silahların alınmasında, bununla da Rusiyanı silah bazarından sıxışdırılıb çıxarılmasında fəaliyyət aparırmış,hətta o, Rusiyadan Azərbaycana gələn köhnə və yararsız silahların alınmasına dəfələrlə öz etirazını bildirmişdi. Təbii ki, bu da Rusiyanı qıcıqlandırmışdı. Rail Rzayevin öldürülməsindən sonra Rusiya ilə Azərbaycan arasındakı silah alverinin yenidən öz qaydasına düşməsi faktı da diqqətimizdın yayınmadı.
Məsələnin daha bir görünməyən tərəfi də odur ki, qətldən bir həftə öncə hava yolları ilə İran, Azərbaycan, Türkiyə, Əfqanistan üzərindən uçuş edən dəyəri 100 milyon manat olan narkotikin qarşısının alınmasında yaxından iştirak edən Rail Rzayev bu təhvil-təslimin qarşısını almaqda, həmin şəxslərin həbs olunmasında yaxından iştirak edib və daha sonra məlum olunan faktlardan biri də, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin İranla Əfqanıstana ət keçirilməsi biznesi adı altında, həmin narkotiklərin həm ölkə hüdudlarından kənarda, həm də ölkə daxilində paylanıb, yerbəyer olmasında yaxından iştirak edirmiş. İri çaplı məmurların xarici qüvvələrlə əlaqələrini yaxşı bilən, onların izinə düşən və onlara qarşı mübarizə aparan Rail Rzayevin bildikləri müxtəlif ciddi faktlara əsaslanırdı.
Görünür əlində olan faktların ortaya çıxmasından narahatlıq keçirənlər, həmin faktların əldə edilməsi istiqamətində də boş durmayıblar. General öldürüldüyü dəqiqələrdə onun köməkçisi və yavəri əlbir olub, R.Rzayevin iş otağına girərək seyfdəki DVD disk və sənədləri əldə etməyə də nail olublar. Sual olunur: otağa girərkən kameralara düşən bu şəxslər niyə məhz həmin dəqiqələrdə otağa daxil olublar? Demək ki, onlar qətldən məlumatlı idilər.
Daha sonra mətbuatda gedən bəzi açıqlamalarda qeyd olunub ki, Rail Rzayev xaricə digər ailəsinin yanına birdəfəlik gedəcəyinə görə birinci ailəsi tərəfindən öldürülüb. Praktikada görünmüş olaylardan belə nəticəyə gəlmək olar ki, yenə də, siyasi məsələni ailə-məişət məsələsinə çevirib, cinayət prosesinə təsir göstərmək istəyirdilər. Mərhum generalın otağından çıxdığı iddia olunan 12 fevral tarixində İsrailə uçuşu nəzərdə tutulmuş aviabiletin hansı şirkətə məxsus olmasını da tapıb ortaya çıxara bildik. Belə ki, “Aktava” adlı aviaşirkət həm də, keçmiş MTN generalı Akif Çovdarova məxsus idi.
Generalı həmin gün tələm-tələsik, çox sürətlə dəfn etdilər. Bu tələskənliyi şərtləndirən nə idi, niyə belə edirdilər, bilinmirdi. Qətlin növbəti günü beyinlərə hakim kəsilən bu sual təsdiqləndi – xəbər yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Qəbr yerini özü seçib və alıb. 64 yaşı olan, həyat dolu bir general-leytenantı ölüm haqda düşünməyə vadar edən nə, hansı hadisə olmuşdu? Bu gün artıq dəqiq bilinir ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedərək özünə qəbir yeri sifariş verib. Həmin yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarının iki addımlığında yerləşir.
İki şəkil arasında bənzərliyə diqqət yetirin.Rail Rzayevin məzarı üstündən Elmar Hüseynovun uyuduğu qəbir ovuc içindəki kimi görünür. “R.Rzayev qəbir yerini təsadüfən seçmişdi, yoxsa bilərəkdən məhz oranı almışdı” sualı da açıqdır.
O dövrdə belə bir xəbər vardı ki, Rail Rzayev qətlə yetirilməzdən 1 həftə əvvəl onun olduğu xidməti maşına odlu silahdan atəş açılıb. Hadisə şəhərin ortasında, günün günorta çağı baş verib. R.Rzayev bu haqda raportla birbaşa rəhbəri Səfər Əbiyevə məlumat verib, tədbir görülməsini istəyib, MTN-i məlumatlandırıb. Daha bir faktı da nəzərinizə çatdıraq ki, Rail Rzayevi ölüm günündən iki gün əvvələ qədər MTN izləyirmiş. Ancaq müəmmalı səbəblərdən, ölümünə iki gün qalmış həmin izləmə dayandırılıb. Görünən isə budur ki, ilk öncə onun maşınına atəş açıb hədələyiblər. Bu hədələrdən qorxmayaraq geri çəkilməyən generalın aqibəti isə ölümlə nəticələnib. Tarixə nəzər salsaq görərik ki, 1990- cı ildə də eyni ilə Rail Rzayev kimi evinin önündə öldürülən Əjdər Xanbabayev də, ölümündən iki gün öncəsinə qədər MTN tərəfindən izlənilirmiş.
Rail Rzayev öldürüldüyü gün nə baş verdi?
Rail Rzayevin öldürüldüyü gün ölkə başçısı Küveytdə səfərdə idi. Qətli eşitdikdən sonra səfərini yarımçıq başa vuraraq ölkəyə qayıdan prezident İlham Əliyev dərhal prezident yanında müşavirə iclası keçirir. Maraqlıdır ki, iclasa gələnlər arasında Eldar Mahmudov yenə də yox idi. Xarici ölkələrin birində silah sərgisində olduğu iddia edilən sabiq müdafiə naziri Səfər Əbiyev də həmin müşavirədə iştirak etməmiş. Nəinki iclasa qatıldı, heç R.Rzayevin dəfn mərasiminə də gəlmədi. Müşavirədə prezidentin ən yaxın və etibar etdiyi şəxs, Daxili İşlər Naziri Ramil Usubov iştirak edirdi. Əldə etdiyimiz məlumatlardan görünür ki, qətlin açılmaması üçün MTN bütün istintaq prosesinə də təziqlər göstərməyə nail olubmuş. Ümumiyyətlə, Azərbaycanın yaxın tarixində evinin önündə güllələnərək öldürülən tanınmış və önəmli adamların siyahısı az deyil. Maraqlısı da budur ki, hər birinin qətli müəmmalı olaraq qalıb və cinayətkarları tapılmayıb. Bütün bu cinayətlərin hər birində keçmiş SSSR-nin KQB izi olduğu heç şüphəsizdir.
Generalın ölümü ilə aydınlaşan mənzərə.
İndi isə, ekspert qrupu olaraq, general Rail Rzayevin öldürüldüyü ildə baş verən siyasi proseslərə siyasi şərh verək. İqtisadi böhran dərinləşdikcə hakimiyyət daxilində parçalanma da təbii olaraq genişlənirdi. Həmin günlərə bir də başqa gözlə baxaq. Bir sıra deputatlar, o cümlədən Siyavuş Novruzov MTRŞ-in türk dili ilə bağlı qərarını kəskin tənqid etdi. Onlara isə Əli Həsənov cavab verərək MTRŞ-i dəstəklədi. 60-dan çox deputat telekanallarla bağlı müraciətə imza atdı. Telekanal sahiblərinin kimlər olduğunu xatırlasaq bu kifayət qədər ciddi addımdır. Bütün bunlar mətbuata çıxan görsənişlər idi. Dövlət büdcəsinə əlavə 2.5 milyard manat verildi. Bu pulun təyinatı üzrə xərclənməsi üçün əlavə qüvvələr ayrıldı. İlham Əliyev “əlavə qüvvələr” dedi. Bir çoxları bu qüvvələri MTN olduğunu dedilər. Amma prezident Maliyyə nazirliyinin daxilində yeni qurum yaratdı. Hər iki versiya doğru ola bilər. Biri o birini istisna etmir. İqtisadi böhran siyasi situasiyanı xeyli gərginləşdirdi. İri biznes sturukturları iflasın bir addımlığında idi. Neftin qiyməti ucuzlaşmağa başlamışdı və nəhayət, general Rail Rzayev öldürüldü. Generalın ölümü heç şüpəsiz ki, qaranlıq mətləblərdən xəbər verirdi. Atəşkəs vəziyyətində olan bir ölkədə komandanın öldürülməsi adi bir qətl deyildi. Təbii ki, bu işi ailə-məişət motivinə salmaq böyük bir qarayaxma idi. Və cinayətin ört-basdır edilməsinə hesablanmışdı. İnformasiyalar çox az idi. Təbbi ki, bütün fikirlər generalın ölümünün kökündə hakimiyyətdaxili savaşların dayandığı üzərində cəmlənmişdi. İki versiya var idi. Ya general xarici qüvvələrin, o cümlədən ermənilərin qurbanı oldu, ya da hakimiyyət daxilindən atılan addım idi. Maliyyə oliqarxları yaranırdı. Yəni ölkənin iqtisadiyyatı bir neçə ailənin əlində cəmlənirdi. Bütün resurslar işğal olunmuşdu, onlara yiyələnmək qarşıdurma yarada bilərdi. Və sonda, Azərbaycan hakimiyyəti 2013-cü il seçkilərində Medvedev variantının üzərində dayana bilərdi. Lakin güclü təzyiqi qarşısına alıb bunu etmədi.

MONITOR
8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri
8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri
8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri
8 illik cinayətin izi ilə: General Rail Rzayevin qətlinin açılmamış sirrləri
Geri qayıt