İntihar edən polkovnikin qardaşı bəraət aldı

İntihar edən polkovnikin qardaşı bəraət aldı Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, M.Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Belə ki, M.Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Onu da qeyd edək ki, M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.O ifadəsində bildirib ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi E.Quliyev və onun müavini İlqar Əliyev ondan başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

E.Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
Geri qayıt