Kəmaləddin Heydərovun qəzəbi: FHN-də naziri kimlər aldadırmış?

Kəmaləddin Heydərovun qəzəbi: FHN-də naziri kimlər aldadırmış? Son bir neçə gündə Fövqəladə Hallar Nazirliyində baş verənlər cəmiyyətin marağına səbəb olub. Məlumat üçün bildiririk ki, iki gün əvvəl fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov nazirliyin mətbuat katibi Oqtay Bayramovu vəzifəsindən azad edib. Sonra məlum oldu ki, cənab nazir FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevi də işdən çıxarıb.
Nazirlikdə birdən birə bir neçə şəxsin vəzifədən azad olunması heç şübhəsiz ciddi bir səbəbə bağlanmalıdır. Baş verənlər haqda daxil olan məlumata görə, birdənbirə iki məmurun azad edilməsi nazirin qəzəbi ilə bağlıdır. Belə ki, son vaxtlar K.Heydərov haqda mediada tənqidi – həqiqətə uyğun olan və olmayan yazıların sayı artıb. Öz təbliğatı və reputasiyasının qorunması üçün mətbuata kifayət qədər önəm verən, bunun üçün hətta maddi resurslar da sərf edən nazir haqqındakı yazılarla maraqlandıqda ona “sifarişdir”, “məqsədli edilir”, “düşmənlərin işidir” deyə məruzə edilir, əslində isə böyük vəsaitlər mənimsənilərək cənab Heydərov müdafiəsiz buraxılırmış. Mınbənin sözlərinə görə, Hollandiya səfəri ilə bağlı mətbuatda yazlan son xəbər isə generalın səbrini daşdırıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Kəmaləddin Heydərov Hollandiyaya gəlir və Hollandiyanın naziri ilə görüşür. Daha sonra nazir Kəmaləddin Heydərovla su kanallarının idarə məntəqəsinə gedir. Bu anda Kəmaləddin nazirin maşınına oturur, mən və səfir də arxadan maşınla bunları müşayət edirik. Yolun ortasında qabaqda gedən maşın dayanır və Kəmaləddin Heydərov maşından düşür. Heydərov maşından düşən kimi nazirin maşını yerdən tərpənir və arxadan gələn bizim maşın dayanır və Heydərov maşına oturur. Maşından düşməsinin səbəbini soruşduq. Dedi, “siqaret çəkmək istədim, nazir məni maşından düşürtdü. Dedi ki, siqaret çəkərsənsə düş maşından. Mən də düşdüm”

cumhuriyyet.az
Geri qayıt