Bakı Şəhər İcra Hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik

Bakı Şəhər İcra Hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.

Məlumat veririk ki, görüntülərdə dövlət bayrağının cırıldığı açıq-aydın görünür.

İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

Küləkli havada, adətən, dövlət bayrağı aşağı endirilir və bununla yanaşı, cırılan bayraq dərhal digəri ilə dəyişdirilir. Görünür, Bakı Şəhər İcra Hakimiyyətində bayrağa nəzarət etmək elə də vacib bir qayda deyil. Əks halda bu cür xoşagəlməz mənzərənin şahidi olmazdıq.

Baku.ws
Bakı Şəhər İcra Hakimiyyətindən Azərbaycan bayrağına hörmətsizlik
Geri qayıt