Maral Tahirqızı həbsdən azad olundu

Maral Tahirqızı həbsdən azad olundu Müğənni Maral Tahirqızı həbsdən çıxıb.

2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.

O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.

***

M. Tahirqızı azadlığa çıxandan sonra sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb:

"Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm".

O, bundan sonra da sənətinə davam edəcəyini bildirib: "İndi daha güclü oxuyacam. Səsimin üstünə səs gəlib".
Geri qayıt