Bakıda saxta yol polisi maşını – 10 GE 100 - FOTO

Bakıda saxta yol polisi maşını – 10 GE 100 - FOTO Şəxsi maşının üstünə “miqalka” qoyub DYP maşını etdilər
Bakıda 10-GE-100 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sahibi YPX avtomobillərinə quraşdırılan sayrışan işıqları öz avtomobilinin üstünə quraşdıraraq qaydaları kobud şəkildə pozub. Məlumata görə, qanunvericilkdə göstərilib ki,göy və ya qırmızı sayrışan işıq siqnalları yalnız operativ nəqliyyat vasitələrinə quraşdırılır. Bu sayrışan işıq siqnallarını öz şəxsi avtomobillərinə quraşdıran şəxslərə qarşı qanunda sərt cəza var.
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd olunub ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Avtosfer.az
Bakıda saxta yol polisi maşını – 10 GE 100 - FOTO
Bakıda saxta yol polisi maşını – 10 GE 100 - FOTO
Geri qayıt