Məhkum 13 saylı CÇM rəhbərliyindən ölkə başçısına şikayət etdi

Məhkum 13 saylı CÇM rəhbərliyindən ölkə başçısına şikayət etdi Elqan Vəliyev: “13 saylı CÇM rəhbərliyi tərəfindən mənə təzyiqlər edilir”

13 saylı cəzaçəkmə müsəsisəsində məhkumluq həyatı yaşayan Vəliyev Elqan Hikmət oğlu redaksiyamız vasitəsi ilə ölkə başçısına müraciət ünvanlayıb. E.Vəliyev cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib:

“Möhtərəm prezident!

Yazıb sizə bildirmək istəyirəm ki, 13 saylı CÇM-in rəhbərliyi tərəfindən, həmçinin sözügedən ÇÇM-in nəzdində fəaliyyət göstərən tibbi hissənin rəhbərliyi tərəfindən mənə təzyiq göstərilir, mənim çoxsaylı hüquqlarım pozulur və pozulmaqdadır. Səhhətimdə olan çoxsaylı xəstəliklərdən əziyyət çəkdiyimə görə, dəfələrlə müraciət etməyimə baxmayaraq, məni PX-nin nəzdində olan Mərkəzi Xəstəxanaya müalicə almaq üçün göndərmirlər. Tibbi hissənin rəhbərliyinə müraciət edəndə, söyləyir ki, Mərkəzi Xəstəxanada Əməliyyat Şöbəsinin rəisi Xəyyam müəllim deyir ki, onu müalicə etmək olmaz. Bundan başqa, 13 saylı CÇM-in Əməliyyat şöbəsinin rəisi Əli müəllim məni şikayətimin olmadığı haqqında ərizə yazmağa məcbur edir. Bütün bu qanunsuz hallarla bağlı ailə üzvlərimin PX-in rəhbərliyinə və OMBUDSMAN institutuna dəfələrlə rəsmi müraciətləri olmuş, lakin nəticə əldə edilməmişdir.

Möhtərəm prezident!

Sizə müraciət etməyimin səbəbi ondan ibarətdir ki, aidiyyatı qurumlar yerlərdə öz vəzifə borclarını yerinə yetirmirlər və məni narahat edən məsələlər öz həllini tapmır. Yuxarıda yazılanlara əsasən xahiş edirəm ki, məsələni şəxsən öz nəzarətiniə götürməklə 13 saylı CÇM-nə səlahiyyətli nümayəndənin göndərilməsinə göstəriş verəsiniz”.

Moderator.az
Məhkum 13 saylı CÇM rəhbərliyindən ölkə başçısına şikayət etdi
Məhkum 13 saylı CÇM rəhbərliyindən ölkə başçısına şikayət etdi
Geri qayıt