Azərbaycanın tanınmış hakimi ağır vəziyyətdədir

Azərbaycanın tanınmış hakimi ağır vəziyyətdədir Ağır Cinayətlər Məhkəməsinin hakiminin beyninə qan sızıb.

Tanınmış hakim Ənvər Seyidovun səhhəti ilə bağlı məlumatı afn.az saytı yayıb.

Bildirilir ki, tanınmış hakim Ə.Seyidov dünəndən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hakimin vəziyyəti ağırdır, həyatı təhlükəsi olduğu bildirilir.

Qeyd edək ki, Ənvər Seyidov keçən ilin dekabrında hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilimişdi.
Geri qayıt