Sabiq prokurora vəzifə verildi

Sabiq prokurora vəzifə verildi Sabiq rayon prokuroru İbrahim Həsənov siyasi fəaliyyətə başlayıb.

Məlumata görə, İ.Həsənov Müsir Müsavat Partiyasına üzv olub. Bir müddət öncə Partiyanın Nizamnaməsinin 6.3.6 -cı bəndinə əsasən Partiya sədrinin beynəlxalq əlaqələr və hüquqi məsələlər üzrə müavini təyin edilib.

Həsənov İbrahim İsmayıl oglu 1957-ci ildə Balakən rayonunda anadan olmuş, 1986-ci ildə Leninqrad Dövlət Universitetinin əyani şöbəsini bitirmiş, 30 ildən artiq SSRİ, Rusiya Federasiyası və Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Respublika Baş Prokurorlugunda İdarə prokuroru və idarənin böyük prokuroru vəzifələrində çalışıb.
Geri qayıt