Unutmayın, seksin qədəri təyin edilmir – Amerikalı seksopatoloq fikirləri

Unutmayın, seksin qədəri təyin edilmir – Amerikalı seksopatoloq fikirləri Məcburən sekslə məşğul olmaq seksual deyil. Unutmayın, seksin qədəri təyin edilmir.
Amerikalı seksopatoloq Tammy Nelson bildirib ki, onun ofisinə gələn bir çox cütlük eyni suala cavab tapmaq istəyir: seks həyatımız normaldırmı? Onlar kifayət qədər sekslə məşğul olub-olmadıqlarını, doğru seks növünü, tərəf müqabillərinin seks istəyinin çox olub-olmadığını öyrənmək istəyirlər. Mütəxəssis bildirir ki, cütlüklər bəzən yataqda tamamilə fərqli şeylər etməli olduqlarını düşünərək narahat olurlar.
T. Nelson deyir ki, “normal” deyilən bir məfhum yoxdur. “Normal” paltaryuyan maşınında bir proqramdır, bundan artıq deyil. Əhəmiyyətli olan tərəf müqabilinizə can yandırmaq və ehtiyacı olanları qəbul etməkdir, hətta sizdən fərqli olsa belə.Mütəxəssisin cinsi həyatlarından narahat olan cütlüklərə verdikləri tövsiyələrlə sizi də tanış edirik.
Başqa cütlüklərin nə qədər sevişdiklərini düşünüb narahat olmaq məsləhət deyil. Tərəf müqabilinizlə həddindən artıq aktiv seks həyatı yaşamağa çalışmaqdan imtina edin. Mövzu seksdirsə, hər cütlüyün öz “norma”sı var. Üzərində düşünməniz lazım olan əsl məqam budur. Bir cütlük illər boyu həftədə 2-3 dəfə sevişir, bu say 1-ə düşübsə, demək şablon dəyişib və sıxlıq azalıb. Tərəf müqabilinizlə seks barədə danışdıqda bu məqama diqqət yetirin. Mütəxəssislər seks mövzusunda “sehrli ədədlər”in olmadığını da vurğulayır və davamlı sevişdiklərini iddia edən cütlüklərin yalan danışdığını vurğulayırlar: “Cütlüklərin çoxu həftədə 3 dəfə sevişdiklərini iddia edirlər, lakin xüsusi müayinələrdə bu rəqəmin həqiqətə uyğun gəlmədiyi aşkarlanır. Sizin üçün bu an normal olan şey bir neçə il sonra normal olmayacaq. Orta say tapmaqdan daha əhəmiyyətli olan məqam cinsi baxımdan nə qədər təmin olunmağınızdır”.
Ortaq seks həyatı libidonuz, zamanınız, enerjiniz və seksi prioritet halına gətirməyə dair ortaq arzunuz arasında bir naviqasiya kimidir. Seks həyatınızla bağlı tez-tez söhbətlər və yataq otağı xaricində paylaşdığınız səmimi toxunuşların miqdarını artırmaq cinsi həyatı uzun müddət təmin edən ən əhəmiyyətli faktorlardır: “Cütlüklərdən biri seks həyatına olan marağı qorumalıdır. Əks halda, yataq otağınızda ölümlə üz-üzə gəlmək kimi olarsınız. Seks hər zaman vacib olan deyil. Bəzən seksin başlaması üçün ön sevişmə, diqqət, qayğı və anın həzzini yaşamaq lazımdır. Bəzən cinsi arzu seksin əvvəlində deyil, daha çox ortalarında yaranır”.
Seks impulsu aşağı olan tərəf sizsinizsə, utanmağa ehtiyac yoxdur. Cinsi əlaqədə əsas olan arzudur. Sadəcə olaraq seksə maraq göstərin və bunun üçün araşdırmalar aparın. Fiziki və hormonal balanssızlıqlar yaşayırsınızsa, cinsi əlaqə sizi incidə və yataq otağında davamlı eyni şeyləri etməkdən bezmiş ola bilərsiniz. Bəzən seks impulsu az olan tərəf, yataqda istədiklərini edə bilmir və ya qarşı tərəfin təzyiqi ilə istəmədiklərini edir. Seksə məcburiyyət olmamalıdır: “Gecənin sonunda tərəf müqabilinizlə yataqda uzanarkən gözlərinizi tavana dikib seks həyatınızı digərləri ilə müqayisə edib, “normal” olub-olmadığını düşünməyin. Aktiv olun, tərəf müqabilinizə tərəf dönün və onunla yataq otağında nələr istədiyiniz barədə danışın, qucaqlaşın, masturbasiya edin, cinsi əlaqə barədə fikirlərinizi açıq-aydın izah edin. Əsla səssizcə hirslənməyə və ya kin saxlamağa çalışmayın. Qənaətbəxş bir seks həyatının sirri yalnız öz istədiyini almaq deyil, partnyoruna da istədiyini verə bilməkdir”.
Geri qayıt