Çovdarov da bəraət istəyir

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə general Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışını davam etdirib.
O bildirib ki, A.Çovdarov günahsız olduğu üçün ittihamları qəbul etmir və müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Hazırda proses davam edir. A.Çovdarovun digər vəkili Kamandar Nəsibov çıxış edəcək.