Cavid Qurbanova ad günü hədiyyəsi... - Qızıldan qartal və...
19 sentyabr Azərbaycan Dəmir Yolları QSC-nin sədri, milət vəkili Cavid Qurbanovun doğum günüdür. Bununla bağlı maraqlı informasiya daxil olub.
Belə ki, Azərbaycan Dəmir Yolları QSC-nin işçilərindən birinin bildirdiyinə görə, bu həftənin birinci günündən etibarən Cavid Qurbanov hədiyyələr qəbul etməkdədir. Təbii ki, burada qeyri-adi heç nə yoxdur. Amma...
Mənbə açıqlamasında iddia edir ki, lakin hədiyyələr arasında özəli də var:
"Kimdən gəldiyini biz bilmədik. Amma qızıldan qartal heykəli idi. Aşağısında da "Kəlbəcərə qayıdacağıq" sözləri yazılmışdı".
Qeyd edək ki, 59 yaşını haqlayan QSC sədrinə belə bir hədiyyənin verilib-verilməməsilə bağlı Azərbaycan "Dəmir Yolları"ndan münasibət öyrənmək istəsək də, bu barədə kimisə danışdıra bilmədik. Lakin yenə də qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
DİA.AZ
Geri qayıtBelə ki, Azərbaycan Dəmir Yolları QSC-nin işçilərindən birinin bildirdiyinə görə, bu həftənin birinci günündən etibarən Cavid Qurbanov hədiyyələr qəbul etməkdədir. Təbii ki, burada qeyri-adi heç nə yoxdur. Amma...