9 uşaq anasının acı etirafı

9 uşaq anasının acı etirafı Bu günlərdə Sumqayıt şəhərində xeyriyyə aksiyası keçirildi. Səbirə Kazımovanın təşkilatçılığı ilə 9 azyaşlı uşaq müsəlman oldu. Melumat-merkezi.az xəbər verir ki, xeyriyyə aksiyası Sumqayıt şəhərində yerləşən şadlıq evlərinin birində baş tutdu. Tədbirdə sünnət olunan uşaqların yaxınları ilə yanaşı, tanınmış ictimaiyyət nümayəndələri də iştirak edirdi. Onlar belə bir xeyrriyə məclisinin baş tutmasına görə Səbirə Kazımovaya təşəkkür etdilər.
"İdeal Korreksiya Mərkəzi"nin rəhbəri Könül Əhmədova, Vəfa Sosial Problemlərə Dəstək Birliyinin rəhbəri Fatimə Hacıbəyli, Ağsu İdman Kompleksinin Direktoru Elnur Alıyev, Cüdo üzrə Respublika dərəcəli hakim Emin Əliyev, psixoloq Rəsad Yaqubov belə xeyriyyə işe görə təşkilatçı Səbirə xanıma xüsusi təşəkkür etdilər.
Səbirə Kazımova xeyriyyə aksiyası barədə bildirdi ki, o bu tədbiri tədbirə bir toy mərasimi sanır: “ Rüfət Pirişov, Rəvan Qurbanovun rəhbərlik etdikləri Kimya MMC FELLİ NOVA-nın baş sponsorluğu ilə və mənim təşkilatçılığım ilə ərsəyə gəlmiş bu tədbirdə 9 azyaşlı uşağın müsəlman olma aksiyası toy büsatla həyata kecirildi.
Mənim oğlum körpə ikən acil olaraq sünnət əməliyyatı olunmalı idi, ancaq maddi durumum bu əməliyyat üçün yetərli deyildi, bir xeyirxah insan balamın sünnət olunması üçün köməklik göstərdi, bu çətinliyi mən yaşadım. Dərk etdim ki, aztəminatlı ailələr var ki, onların övladlarının bu əməliyyata ehtiyacı var, ona görə də belə bir xeyirxah iş görməyi qarşıma məqsəd qoydum”.
Məclisdə tanınmış şou nümayəndələri də iştirak edib. Asif Məhərrəmov, Gözəl Can, Rasim Mustafazadə,Gilavar qrupu, Nihad Məlik, Elnur Ağdamlı və Məhəmməd Fəda, Orxan Mirzəyev, Elxan Qaraxanoğlu, Nərgiz Hüseynli, Vüqar Muradov, gənc şair Vüsal Ağayev öz musiqi töhfələrini körpələrə, qonaqlara ərmağan etdilər.
Bu xeyriyyə aksiyasında maraqlı əl işləri ilə tanınmış Asif Qasimov, QHT rəhbəri Qubad Qasımova, sevimli döyüşçümüz Rüxsarə Cumayeva da ürəklə çıxış etdilər. Gələn qonaqlar diplomlarla təltif olundu. Belə gözəl tədbiri yaddaşlara həkk etdirən kameraman Mirzə Azada xüsusi təşəkkürr edildi.
Məlumat üçün bildirək ki, gələcəyin müsəlləhh əsgəri olan bu uşaqların sünnət əməliyyatını Sumqayıt şəhər 1saylı xəstəxananın şöbə müdiri Yetkin Əliyev və həkim heyəti uğurla həyata keçirdi.
9 uşaq anasının acı etirafı
9 uşaq anasının acı etirafı
9 uşaq anasının acı etirafı
Geri qayıt