Heydər Babayev ölkədən milyardları necə çıxarır?

Heydər Babayev ölkədən milyardları necə çıxarır? Bir müddət əvvəl ölkə mətbuatı yazdı ki, “Çudo Peçka” nın sahibi Çingiz Cəlilov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırılma nəticəsində həbs olunub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölmüşdür. Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Olsun… Əlbəttə ki, ölkə mətbuatında gedən bu xəbəri biz də oxuduq.

Ancaq Heydər Babayevə məxsus olan “Bank Standard”ın problemləri bununla bitmir. Əvvəla bəlkə də Heydər Babayev Çingiz Cəlilovu istintaq orqanlarına qurban vermək üçün Səlim Krimanı özü qaçırdıb.

Bundan savayı Heydər Babayevin bankında bankın minlərlə müştərilərinin pulu batıb. Yəni, bank müflis elan olunduqdan sonra hələ bankın müştərilərindən heç kim öz pulunu geri ala bilməyib.

Ölkə mətbuatı Heydər Babayevə məxsus “AB Standard” şirkətlər qrupu barədə yazır: “Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus “AB Standard” şirkətlər qrupu ötən ilin maliyyə hesabatını ictimaiyyətə açıqlayıb. Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatı aşıb. Hesabata görə, holdinq 2015-ci ildə 140 milyon manat gəlir götürüb. Buna baxmayaraq, şirkətlər qrupu istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə uğrayıb.
İyunun 25-də “Kaspian Konsaltinq” şirkəti sözügedən maliyyə hesabatına müsbət audit rəyi verib. Sənəddə göstərilir ki, bu ilin əvvəlinə holdinqin zərərləri 158 milyon manata yaxınlaşıb. Ötən il “AB Standard” QSC-də 97 milyon manat kapitala sahib H.Babayev bu ilin yanvarına mənfi saldo ilə 10 milyon 613 min manata gəlib çıxıb. Bir çox iş adamının qibtə edə biləcəyi həcmdə (1.4 milyard manat) aktivləri yönəldən H.Babayev, faktik olaraq, müflisləşib. Ötən il qrupa daxil “Bank Standard” QSC-nin qəbul etdiyi depozit və bank hesablarının toplam məbləği 33.6 faiz artaraq, 991.7 milyon manata çatıb. Hesabatda bundan söz açılmasa da, güman etmək olar ki, artım xarici valyutada yerləşdirilmiş əmanətlər hesabına baş verib.
Holdinq 2015-ci ildə götürdüyü borclara görə əvvəlki ildəkindən 2 dəfə çox – 158.4 milyon manat faiz ödəyib. Bu, onun faiz gəlirlərindən təqribən 2 dəfə azdır. Bankın müştərilərdəki kreditləri isə 935.4 milyon manat məbləğindədir və ilboyu 16 faiz artıb. Holdinq 2015-ci ildə gəlirlərinin 2.1 faiz, xərclərininsə 32.2 faiz artdığını açıqlayıb. Təkcə inzibati və ümumi xərclər 7 dəfə çoxalaraq, 40 milyon manata yaxınlaşıb. Xatırlatmağa dəyər ki, iyulun 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard” QSC-nin sağlamlaşdırılmasını “Azər-Türk Bank” ASC-yə həvalə edib. Bir qədər əvvəlsə holdinqin bir başqa üzvü – “Dərnəgül Boru Zavodu” QSC də maliyyə hesabatını dərc etmişdi. Zavod 2.2 milyon manat gəlir əldə etsə də, bütövlükdə 8 milyon manat zərərə düşdüyünü açıqlamışdı.
“AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Ötən il Heydər Babayev holdinqin 100 faiz özünün mülkiyyətində olduğunu rəsmən bildirib”
Bu günlərdə də daxil olan məlumata görə Heydər Babyevin sahibi olduğu Standard İnsurance Georgiya şirkəti onun tərəfindən gizli şəkildə öz həyat yoldaşı Aliyə Babayevaya satılıb.
“Standard Insurance sığorta şirkətinin sahibinin Heydər Babayev olması Azərbaycanda hərkəsə məlumdur. Bu kompaniya son vaxtlaradək Standard Insurance Georgia kompaniyasının səhmlərinin 100% sahibi olub.
Bir müddət əvvəl Standard Insurance Georgia kompaniyasının erməni millətindən olan şəxsləri işə götürməsi ,həmçinin erməni şirkətləri ilə əməkdaşlıq etməsi qalmaqala səbəb olmuşdu.
Bununla bağlı sığorta şirkətinin keçmiş sahibi Standard Insurance rəsmi açıqlama verərək ictimaiyyətə bildirdi ki,onlar şirkəti satıblar və Standard Insurance Georgia-nın artıq Azərbaycana heç bir aidiyyatı yoxdur. Belə çıxır ki, Heydər Babayev gürcü kompaniyasını satıb və onun həmin şirkətə heç bir aidiyyatı yoxdur…

Olsun… Qoy ora işə erməniləri götürsünlər…

Ancaq Heydər Babayevin hal-hazırda həmin kompaniya ilə həqiqətənmi heç bir bağlılığı yoxdur?

Biz qərara gəldik ki, bu sığorta şirkəti ətrafında əslində nə baş verməsini müəyyən edək və məsələni araşdıranda çox maraqlı faktlara rast gəldik…

Gürcüstanın Reyestrinin rəsmi saytında Gürcüstanda qeydiyyata alınmış kompaniyalar haqqında məlumatları görmək olur…

Standard Insurance Georgia bu il avqustun 3-də yeni direktor təyin etməyi qərara alıb və bu qərara məhz Kamran Bağırov -Standard Insurance-nin idarə heyətinin sədri imza atıb. (Kamran Bağırov haqda biz hələ sonra maraqlı detallardan , daha konkret desək,onun bəzi maxinasiya sxemlərindən bəhs edəcəyik).

Onlar həmçinin kompaniyanın nizamnaməsini dəyişməyə qərar veriblər və bununla bağlı sənədləri də təqdim ediblər… Bu prosedur reyesterdən keçməyib,ona görə ki,sənədləri təqdim edənlər bunu pozuntu ilə ediblər…

Bu sənədlərdən görünür ki,onların nizamnaməsini Aliyə Babayeva adlı xanım təsdiq edib …

Bəli -bəli, Babayeva…

Amma bu necə ola bilər?

Babayevlər ailəsi axı Standard Insurance Georgia-nın keçmiş sahibləridir…

Biz araşdırdıq və müəyyən etdik ki, Aliyə Babayeva Heydər Babayevin qanuni həyat yoldaşıdır…

Belə çıxır ki, Heydər Babayev kompaniyanı öz xanımına satıb…

Lakin bir müddət əvvəl mətbuatda belə bir fikir səsləndi ki,kompaniya ziyana işlədiyindən satılıb…

Heydər Babayev öz həyat yoldaşına gəlirsiz biznesi sırıyıb?

Demək onlar hamını aldadıblar?

Kompaniyanı Avropa şirkəti kimi təqdim etməyə başladılar,amma əslində gəlirin 100% -i hüququ şəxs olaraq Babayevaya çatır …

Gürcüstanın Reyestrinə baxanda aydın görünür ki, Heydər Babayev gürcü kompaniyasını, 100 % sahibəsi Aliyə Babayeva olan Lüksemburqun Mercury Europe Holdings kompaniyasına satıb. Təəsüf ki, sövdələşmənin miqdarı bizə hələ ki,məlum deyil,amma Standard Insurance Georgia-dan bildirildiyi kimi kompaniyanı gəlir gətirmədiyindən satıblar…

Ziyanlı biznes isə bildiyimizə görə baha satılmamalıdır …

Belə güman etmək olar ki, Heydər Babayev kompaniyanı həyat yoldaşına real qiymətindən dəfələrlə aşağı qiymətə satıb…

Amma buradan sual doğur…

Doğrudanmı kompaniya əslində ziyanla işləyib?

Gürcüstanın sığorta nəzarəti saytında biz audit yoxlamasının nəticəsini tapdıq.

Həmin nəticədən görmək olar ki, Standard Insurance Georgia ziyanla işləməyib,əksinə son illər gəlir gətirməyə başlayıb…

Bəs onda Babayev kompaniyanı xanımına nə məqsədlə satıb?

Burada aktivlərin ölkədən çıxarılması və vergi qanunvericiliyinin pozulması açıq-aydın görsənir…

Maraqlıdır, niyə bəzi dövlət orqanları buna diqqət etməyiblər və heç bir reaksiya verməyiblər… Adam kompaniyanı öz xanımına satır… Elan edirlər ki, kompaniya guya ki,ziyanla işləyib və buna görə də satmışıq…
Belə çıxır ki,sadəcə kompaniyanı bir cibindən digər cibə qoyublar və bununla da çox aşağı qiymətlə aktivləri ölkədən çıxarıblar. Və bütün bunlar Bank Standard və Standard Insurance ilə bağlı ciddi problemlərin olması fonunda baş verir.
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası dəfələrlə Standard Insurance-yə xəbərdarlıq etmişdi ki, əgər o öz kapitalını artırmasa onu bağlayacaq…Babayev isə, belə başa düşmək olur ki, bunun fonunda öz kapitalını Azərbaycandan çıxarıb.

Bu müqavilə ilə bağlı hələ çox maraqlı mətləblər üzə çıxacaq…

İndi aydın olur ki,niyə “İçərişəhər”qoruğu idarəsinin hazırkı rəisi Əsgər Ələkbərov indiyəcən Standard Insurance Georgia üçün lobbiçilik edir…
Ələkbərov bir vaxtlar İqtisadi İnkişaf Nazirliyində, Heydər Babayev orada nazir olanda işləyib,həmçinin Mercury Konsalting -ə rəhbərlik edib…

Görünür Ələkbərovun burada öz marağı var…
Ona görə də böyük Azərbaycan kompaniyalarının sahiblərinə zəng edərək Standard Insurance Georgia-nın maraqlarını güdüb ona lobbiçilik edir…
Əsgər Ələkbərovun məsləhətləri sayəsində SOCAR və onun kimi Azərbaycan kompaniyaları ermənilərlə dolu olan şirkətdə sığortalanıb…

Fakt faktlığında qalıb…
Fərqi yoxdur,kompaniyanın sahibi ərdir,yoxsa xanımı ,müqavilə fiktiv olub ,yoxsa doğrudan da yoldaşı ərinin biznesini almaq qərarına gəlib…
Əsas odur ki, bütün azərbaycanlılar ermənilərin bizim xalqa qarşı törətdiklərini yaddan çıxartmamalıdırlar və ölən həmvətənlərimizin xatirəsi naminə ermənilərə loyal yanaşmamalıdırlar.
Özü də nəzərə alsaq ki,bəhs etdiyimiz kompaniyanın sahibləri avropalılar deyil, gəlirin 100% -i ona məxsus olan Azərbaycan vətəndaşı Aliyə Babayevadır”.
Bütün bu faktlar bir daha sübut edir ki, Heydər Babayev sadəcə bu yollarla öz pullarını ölkədən çıxardıb.
Bir epizodda Səlim Krimanı qaçırdaraq istintaq orqanlarına Çingiz Cəlilovu qurban verib.
Digər epizodda isə Standard İnsurance Georgiya şirkətini guya tanımadığı Avropa şirkətinə satıb və sonradan aydın olub ki, həmin Avropa şirkətinin sahibi onun həyat yoldaşı Aliyə Babayevadır.
Bu yazıdan sonra güman edirik ki, Heydər Babayev və onun əlaltılarının istintaqa cəlb olunmağına böyük ehtiyac duyulacaq…

QAFQAZXEBER.AZ
Geri qayıt