Nazirin Türkiyədə vəfat edən oğlu dəfn edildi

Nazirin Türkiyədə vəfat edən oğlu dəfn edildi Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub

Mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər. Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb.
Geri qayıt