Nazirdən təbrik

Nazirdən təbrik Təhsil naziri Mikatyıl Cabbarov "Bilik günü" ilə bağlı müəllimləri, tələbələri və şagirdləri təbrik edib.

xalqxeber.az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər!
Hər bir başlanğıc yeni imkandır.

“Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!"
Geri qayıt