Şit zarafata görə sevdiyi qızın qohumunu öldürən İbrahimin işi: - "Ölən söyüş söyüb"

Şit zarafata görə sevdiyi qızın qohumunu öldürən İbrahimin işi: - "Ölən söyüş söyüb" Sevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 22 yaşlı Sadıqov İbrahim Arzu oğlunun cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə şahid qismində Ramilə Nəbiyeva ifadə verib.

O, təqsirləndirilən şəxsin bacısı oğlu olduğunu deyib. O bildirib ki, İbrahim Sadıqov hadisəni törətdikdən sonra onlara gəlib: "Dedi, İslamı vurmuşam. Xala kimi danladım. Dayısı İlhamı da bizdə qoyub işə getdim. Həmin vaxt özündə idi. Bir onu bilirəm ki, İbrahim çox əsəbi idi. Ətrafında olanlar da onunla ehtiyatlı davranırdı. Əsəbləri yerində olmadığından tez özündən çıxırdı".
R.Nəbiyev bildirib ki, qətlin söyüş üstündə baş verdiyini bilib: "Bilirəm ki, söyüş üstündə olub. Ölən şəxs bunu söyüb. Bu da onu vurub".
Bildirək ki, İ.Sadıqovun öldürdüyü şəxs sevdiyi qızın xalası oğludur. Sadıqov sevdiyi qız Günel Əsgərovadan "yox" cavabı aldıqdan sonra onun xalasıgilə zəng edib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.
İbrahim telefonda İslam Hüseynovla şit zarafat edib. O deyib ki, sevdiyi qızı da xalası ilə birlikdə qaçıracaq.
Bu sözlər İslam Hüseynovu qəzəbləndirib. Telefonda mübahisə edən şəxslər görüş təyin ediblər.
İbrahim məhkəmədə deyib ki, mərhum İslam ona var-yox, namus və qeyrət söyüşləri söyüb.
İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.
Geri qayıt