Beytulla Hüseynovun bir milyon manata aldığı aptek münaqişə obyektinə çevrilib - QALMAQAL

Beytulla Hüseynovun bir milyon manata aldığı aptek münaqişə obyektinə çevrilib - QALMAQAL Nərimanov rayonu ,Ağa Neymətulla küçəsi, "Nərimanov "metrostansiyasının çıxışında yerləşən “Qızıl Gül” apteki alqı –satqı olduqdan sonra tərəflər arasında narazılığa səbəb olub.
Daxil olan məlumata görə, adıçəkilən aptekin sahibi Eldəniz İbadov 2 il öncə həmin obyekti 1.000000(bir milyon ) manat müqabilində keçmis Rabitə və Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin(BTRİB) sabiq baş direktoru,hazırda həbsdə olan Beytulla Hüseynova satıb.B.Hüseynov işini ehtiyatlı tutaraq apteki öz adına deyil, qızının adına rəsmiləşdirib.Pulun 600 mini alqı –satqı günü ödənilib,yerdə qalan 400 min manatın isə bir neçə ay ərzində ödənilməsi barədə razılığa gəlinib.Lakin xeyli vaxt keçsə də, razılaşmaya əməl olunmayıb, pul ödənilməyib.
Bir müddət sonra Beytulla Hüseynov məlum “Rabitə İşi” ilə bağlı həbs edilib.Bundan sonra onun ailəsi aptekə dair 400 min manatı ödəməkdən ümumiyyətlə imtina edib.
Nəticədə tərəflər arasında narazılıq yaranıb.Ciddi qarşıdurma yaranmasına baxmayaraq ,aptekin əvvəlki sahibi obyekti boşaldaraq təhvil vermək,sonrakı sahibi isə qalan 400 min manat vəsaiti ödəmək istəmir,münaqişə məhkəmə müstəvisinə qədər gedib çıxır. Rəsmi alqı-satqı müqaviləsini əsas götürən məhkəmə qərar çıxardır ki,E.İbadov aptekin ümumi sahəsi olan 220 kvadrat metrin 168-dən çıxarılsın.Lakin, Beytulla Hüseynovun adamları E.İbadovu aptekdən tamamilə çıxartmaq istəyir,buna əsasən də nail olublar.Artıq Eldəniz İbadov aptekə buraxılmır.
Lakin”Qızıl Gül”ün əvvəlki sahibi bu vəziyyətlə razılaşmır və yerdə qalan pulunu almayınca obyekti təhvil verməyəcəyini bildirir.
Hazırda tərəflər arasında gərginlik son həddə çatıb və bu vəziyyətin necə yekunlaşacağı qaranlıq qalır.

Faktinfo.az
Geri qayıt