Vətəndaş araşdırılmanın davam etdirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib.

Vətəndaş araşdırılmanın davam etdirilməsi ilə bağlı dövlət qurumlarına müraciət edib. Bakı sakini Haşımov Tofiq Həsənqulu oğlu mənzil alqı-satqısı ilə bağlı uzun illərdir davam edən hüquqi mübahisə üzrə aidiyyəti dövlət qurumlarına növbəti müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, ailə tərəfindən 2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən binadan mənzil alınmış, mənzilin dəyəri tam ödənilmiş və ödənişi təsdiq edən sənədlər təqdim edilmişdir. Sonradan həmin mənzilin başqa şəxsə satıldığı müəyyən edilmişdir.

Vətəndaşın bildirdiyinə görə, eyni tikinti şirkətinin fəaliyyəti ilə bağlı aparılmış cinayət işi üzrə bir neçə mənzil epizodu ittihama daxil edilsə də, onun aldığı 30 nömrəli mənzil üzrə epizod istintaq zamanı araşdırılmamış və ittihamdan kənarda qalmışdır.

Məsələ ilə bağlı aparılmış əlavə araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2026-cı il tarixli qərarı ilə həmin qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmə araşdırmanın səthi və natamam aparıldığını, işin faktiki hallarının tam araşdırılmadığını və təqdim olunmuş sübutlara hüquqi qiymət verilmədiyini qeyd etmişdir.

Haşımov Tofiq Həsənqulu oğlu bildirir ki, onun məqsədi hər hansı şəxs və ya qurumu ittiham etmək deyil. O, yalnız məhkəmə qərarının icrasını, iş üzrə tam və obyektiv araşdırma aparılmasını, toplanmış sübutlara hüquqi qiymət verilməsini və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul olunmasını xahiş edir.

Vətəndaş ümid etdiyini bildirir ki, aidiyyəti dövlət qurumları məhkəmə qərarının tələblərini təmin edəcək, araşdırma qanun çərçivəsində davam etdiriləcək və onun pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Haşımov Tofiq Həsənqulu oğlu əlavə edir ki, ona aydın deyil: eyni üsulla təkrar satılmış digər mənzillər üzrə cinayət məsuliyyəti tətbiq olunduğu halda, onun aldığı 30 nömrəli mənzil üzrə bu günədək niyə hüquqi qiymət verilməyib.

Xebermedia.info
Geri qayıt