Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik.Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
“Bu gün uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir. Dövlət olaraq bunu tənzimləməliyik. Bu qaçılmaz reallıqdır ki, uşaq hansısa dərslik və cəlbedici video kontent arasında qalsa, o video kontentə baxacaq. Növbəti illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsildən daha çox olacaq və bunu məhdudlaşdıra bilmərik”, - nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, alternativ öyrənmə mənbələrinin sayı artır: "Əsas məsələ bu alternativ mənbələrin düzgün tənzimlənməsi və məktəb sisteminə inteqrasiyasının təmin edilməsidir. Tədqiqatlar göstərir ki, nağıl dinləməklə böyüyən uşaqlar məktəb dərslərində, riyaziyyatda daha uğurlu olurlar. Təəssüf ki, bu gün valideynlərin uşaqlara nağıl dinlətmək, oyun oynamaq, zaman ayırmaq üçun vaxtı yoxdur".
