Ev gözləyənlər “Qaçqınkom”dan narazıdır – FOTO
İşğaldan azad olmuş bölgələrdə ev növbəsi gözləyənlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazıdır.Bu barədə narazı olanlar sosial şəbəkədə vətəndaş Bəxtiyar Ağdərəlinin keçirdiyi sorğuya verdikləri cavabda bildiriblər. Şikayətçilərin çoxu komitənin işinin qənaətbəxş olmadığını qeyd edib.
Sorğuda iştirak edən Miri Əliyev bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazıdır:
“Evləri ancaq pulla satırlar”.
Kərim Novruz adlı vətəndaş isə bildirib ki, kimin pulu var ev alır, kimin pulu yoxdur, gözləyir:
“Ermənidən qalma evləri də qıymırlar camaata. Bir komitənin ki, rəhbərləri köçkün qəsəbəsində özünə ev götürür və bir gün belə olsun həmin mənzildə yaşamır, amma minlərlə insan evsiz-eşiksiz acınacaqlı vəziyyətdə sürünür, hansı fəaliyyətdən danışmaq olar??”.
Seyid Xıdır Rəhimov da bildirib ki, bu komitənin hələ bir işinə şahid olmayıb:
“Mən şəxsən onların bu 34 ildə bir işlərini görmədim”.
Hafiz Abbasov isə komitə sədri Rövşən Rzayevi yalançı adlandırıb:
“Bunun qədər yalançı işbaz məmur yoxdur”.
Xəyalə Əbdürəhmanova da komitənin işindən narazı olanlardandır:
“Öz adıma deyirəm ki, narazıyam. İşlərindən razı deyiləm. Dəfələrlə müraciət etmişəm ki, kirayə qalırıq, bizi evlə təmin edin. Könüllü olaraq Ağdərənin Həsənriz kəndinə yazıldıq iki il əvvəl. Kim pul verib onları köçürüblər, biz isə kirayələrdə sürünürük. Ümumiyyətlə “Qaçqıncom” nə işlə məşğuldur ki? Ləğv etsinlər bu qurumu”.
Nağı İmanov isə bildirib ki, Rövşən Rzayev ermənilərdən qalma evləri də satır:
“Bəli, fakt olaraq Rövşən bəy nə ağa baxır, nə də qaraya. Erməni evlərini də açıqca satdırır”
Marazılığını bildirən və etiraz edənlərin şikayətlərini təqdim edirik:(Tribuna.az )





