Ceyhun Bayramov İstanbula səfər edib

Ceyhun Bayramov İstanbula səfər edib  Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Geri qayıt