Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qəbulda Gəncə, Samux, və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 8 iyun (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
