Ziya Məmmədovun adamına qarşı iddia

Ziya Məmmədovun adamına qarşı iddia Qulam Ələkbərov adını “google” sistemində axtarış edəndə çox məlumata rast gəlmək olur.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan tutmuş, nə bilim, Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevə qədər və sairə.

Ancaq bu gün oxucularmıza təqdim etdiyimiz məlumatın anonsu ölkə mətbuatında ilk olaraq QAFQAZXEBER.AZ tərəfindən təqdim edilir.

Qulam Ələkbərov tərəfindən açılmış gizli kazino Bakı şəhərinin mərkəzində fəaliyyət göstərir. Ukraynadan gətirilən qızlar Qulamın kazinosunun salonlarında Bakının qumarbazlarına kart paylayaraq oyunçuları feyziyyab edirlər.

Bu məlumat daxil olan kimi, saytın rəhbərliyi tərəfindən yaradılan qrup hadisə yerinə yollanıb və kazinoda maraqlı faktlar aşkarlanıb.

Kazinonun qapısında dayanan bahalı avtomobillərin sahibləri kazinoda qumar oynayaraq gecədən səhərəcən kef çəkirlər.

Kazinonun qapısında dayanan avtomobillərin video və foto çəklişləri əməkdaşlarımız tərəfindən aparılıb.

Kazinonun içərisinə daxil olanda, qapıda dayanan mühafizəçilər sual verirlər “hara gedirsiz?”, cavab verirsən ki: “Oynamağa gəlmişəm”.

Mühafizəçi tərəfindən ikinci sual “Burda oynamısız?” olur.

Bizim qrupun əməkdaşlarının cavabı da ləngimir: “Əlbəttə oynamışıq, kalan pul xərcləyib burda səhərəcən istirahət də etmişik. Sağ olsun Qulam bəy”.

Mühafizəçi də sonda öz “xeyir-duasını”verir: “Hə, onda girin, keçin oynayın”.

Əməkdaşlarımız kazinoda səhərəcən qumar oynayanların videoçəkilişlərini də qeydə alıblar.

Kazinonun ünvanını gələn yazımızda oxucularmıza təqdim edəcəyik.

Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatda bildirilir ki, Qulam Ələkbərov öz yaxın ətrafında nazir müavinlərindən birinin adını çəkərək, deyib ki, güya onun xeyir-duası ilə bu kazinonu açıb. Ancaq apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Qulam Ələkbərovun adını çəkdiyi nazir müavini ilə heç bir yaxınlığı yoxdur. Sadəcə o, öz yaxın ətrafına həmin şəxsin adını çəkərək, özünü kazino işində arxayın göstərmək istəyir.


İnanırıq ki, Qulam kimilər yüksəkçinli dövlət məmurlarının adlarından istifadə etməklə çox uzağa gedə bilməyəcəklər.

Vaxtilə Ziya Məmmədova arxalanan Qulam Ələkbərov indi də sadəcə kiminsə adını çəkməklə yaxınlarının yanında ruslar demişkən “BLEF” edir.

Araşdırmamız davam edir, bizi izləyin.

VİDEO BURADA

[media=https://www.facebook.com/qafqazxeber/videos/2024063537817111/]
Geri qayıt