Beynəlxalq səyyahlar Füzuliyə səfər edib
ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Şuşa şəhərindən sonra Füzuli rayonuna səfəri başlayıb.APA-nın yerli bürosu xəbər verir ki, beynəlxalq səyyahlar Füzuli rayonu ilə tanış olur.
Heyət bu gün Şuşada, ötən gün Ağdam, Xankəndi, Laçında olub.
