Qazaxın qəhrəman müdafiəçisi: Polis leytenantı Zirəddin Musa oğlu Əhmədovun "Qanlı Bağamıs Ayrımı" faciəsi gecəsindəki şücaəti
1990-cı ilin martın 23-24 nə keçən gecə Azərbaycan tarixində təkcə müstəqilliyə gedən çətin və qanlı yolun deyil, həm də insanlıq, şücaət və vətənpərvərlik nümunələrinin yazıldığı unudulmaz səhifələrdən biri kimi yadda qaldı. Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım kəndi strateji cəhətdən çox əlverişli mövqeydə yerləşirdi həmin dövrdə erməni silahlı birləşmələrinin sistemli və məqsədyönlü hücumlarına məruz qalaraq, Böyük itkillərə , ağır insan tələfatı ilə üzləşdi.Faciə nəticəsində 7 nəfər dinc sakin amansız işgəncələrə məruz qalaraq diri-diri yandırıldı, 2 nəfər isə güllələndi,15 nəfər dinc sakin müxtəlif bədən xəsarəti aldı. Həlak olanların ən yaşlısı 75 kişi , ən kiçiyi isə cəmi 39 günlük körpə idi ! Hücum zamanı kənddə 17 ev yandırıldı, 11 ev qarət olundu. Bu faciə xalqımızın yaddaşında böyük bir qanlı səhifə kimi iz saldı.
Faciənin gedişində adını Azərbaycan xalqının yaddaşına əbədi olaraq yazdıran şəxslərdən biri də Polis leytenantı Zirəddin Musa oğlu Əhmədov olmuşdur. Zirəddin Əhmədov peşəkar hüquq-mühafizə orqanı əməkdaşı kimi fəaliyyət göstərmiş, yüksək mənəvi dəyərlərə, qanunlara və vətənə sadiqliyi ilə tanınmışdır. Xidməti boyunca sadəcə qanunun keşiyində dayanmamış, həm də milli təhlükəsizlik və ictimai asayişin qorunmasında böyük fədakarlıq ,canfəşanlıq nümayiş etdirmişdir.
1990-cı il martın 23-dən 24-nə keçən gecə, Qanusuz Ermənistan silahlı qüvvələrinin 400 nəfərlik dəstəsi, minamyotlarla , qumbara atanlara, atpilomyotlara, zrehli döyüş texnikaları ilə silahlanaraq Bağanıs Ayrım kəndinə qəfil hücum etdi. Hücum planlı və təşkilatlanmış şəkildə aparılırdı. Gecə saatlarında, kənd camaatı yuxuda ikən həyata keçirilən bu hücum nəticəsində kənd bir neçə istiqamətdən mühasirəyə alındı.
Həmin vaxt kəndin girişində yerləşən milis məntəqəsində növbədə olan Polis leytenant Zirəddin Əhmədov və serjant Məcid Əhmədov vəziyyətin ağırlığını dərhal dərk edərək müdafiə mövqeyi tutdular. Onların sərəncamında cəmi iki avtomat və məhdud sayda sursat var idi. Lakin bu iki nəfər kəndin müqavimətini təşkil etmək, düşməni ləngitmək və əhalinin təhlükəsiz ərazilərə çəkilməsinə şərait yaratmaq üçün ölümün üzərinə getdilər.
Zirəddin Əhmədov ilk atəşi açaraq düşməni gözləmədiyi silahlı müqavimətlə üz-üzə qoydu. Onun dəqiq atəşi nəticəsində bir neçə erməni silahlısı məhv edildi. Bu, hücum edən dəstələrdə müvəqqəti tərəddüd yaratdı. Qısa müddət sonra serjant Məcid Əhmədov pulemyot atəşi nəticəsində ağır yaralanaraq şəhid oldu.
Yoldaşının şəhid olmasına baxmayaraq, leytenant Zirəddin Əhmədov döyüşü təkbaşına davam etdirdi. O ,döyüşçü yoldaşı Məcidə Əhmədova qanın yerdə qalmayacağını qisasının alacağını demişdi, verdyi sözü də yerinə yetirdi. Zireddin Əhmədov yaralı vəziyyətdə olmasına baxmayaraq, daha əlverişli mövqeyə çəkilərək düşmənin irəliləyən canlı qüvvəsini məhv edir, kəndə irəliləməsinin qarşısını kəsir , insan təlafatının olmamasına çalışırdı, Güllələrini qənaətlə istifadə edən Zirəddin, hər saniyəni və dəqiqasını kənd sakinlərinin xilasına sərf edirdi.
Düşmən qüvvəsinin dörd bir yandan gəlməsini gördükdə döyüş mövqeyini tez -tez dəyişir düşməni çaş-baş salaraq, düşmənin gözündə sanki böyük bir döyüşçü dəstəsinin ,taborun olması təssəvvürü yaratmışdı. kəndin içinə daxil olduqda o, silahını yerə qoymadan evləri, zirzəmiləri gəzir, qadın və uşaqları oyadır, onlara çıxış yollarını göstərir, təhlükəsiz yerlərə aparı, xilas olmaqları üçün istiqamət verirdi. Az yaşlı körpələri öz yaralı qollarında, xilas edir, yaralıları çiynində daşıyaraq onları təpəliklərin arxasın gətirir. Dağlıq və meşəlik kimi təhlükəsiz ərazilərə yönəldirdi. Sakinlərin sözlərinə görə, o gecə Zirəddin Əhmədovun cəsarəti, igidliyi olmasaydı, insan tələfatı dəfələrlə çox olardı. Hətta: Sovet dövründə Qazax mebel fabrikinin müdiri olmuş və sonradan qanusuz erməni silahlı dəstəsinə (Saqqalılara ) rəhbərik edən “Seno” ləqəbli şəxs örgəndik də ki, onun 400 nəfərlik bir silahlı dəstəsinə qarşısında tək bir nəfərin polis zabitinin döyüşərək dayandığını bildikdə dəişətə gələrək, Zirəddin Əhmədovun başına 10.000 sovet rubl pul və müxtəlif mükafatlar təyin etmişdir.
Zirəddin Əhmədov həmin gecə göstərdiyi qəhrəmanlıqla yalnız bir hüquq-mühafizə əməkdaşı deyil, eyni zamanda xalqın keşiyində duran əsl vətəndaş və milli qəhrəman obrazına çevrildi. Təəssüflə qeyd edilməlidir ki, bu qəhrəmanlıq nə lazımi səviyyədə sənədləşdirildi, nə də rəsmi şəkildə qiymətləndirildi. Sovet İttifaqının süqutu ilə üst-üstə düşən bu hadisə hüquqi və siyasi müstəvidə laqeydliklə qarşılandı.
Hazırda Bakı Hərbi Məhkəməsində keçmiş erməni silahlı birləşmələrinin üzvləri üzərində aparılan istintaq məhkəmə işi çərçivəsində, Zirəddin Musa oğlu Əhmədovun varisləri də zərərçəkmiş şəxs qismində tanınmışdır.
Zirəddin Əhmədov döyüş meydanında şəhid olmasa da, yaşadığı fiziki və mənəvi travma onun yaddaşına silinməz iz buraxdı. Onun timsalında, vətənin, xalqın təhlükəsizliyi uğrunda fədakarlığın necə yüksək mənəvi məsuliyyət daşıdığı bir daha təsdiqini tapır.
Bu cür qəhrəmanlıqlar tariximizin arxa səhifələrində qalmalı deyil. Onlar sənədləşdirilməli, təbliğ olunmalı, hüquqi qiymətini almalı və yeni nəsillərə örnək kimi təqdim edilməlidir. Zirəddin Əhmədovun adı yalnız Bağanıs Ayrım kəndinin deyil, bütün Azərbaycanın şərəf tarixi içində xüsusi yer tutmalıdır.


