Xankəndidə inşa edilən Zəfər Tağının hündürlüyü Vətən müharibəsinin şərəfinə 44 metr olacaq

Bunu “Report”un Xankəndinə ezam olunan əməkdaşına Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.
O deyib ki, parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək.