Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb

Bu barədə “Der Spiegel” jurnalına Almaniya XİN-dəki mənbə bildirib.
Diplomatik missiyasının hansı ölkəyə köçürüldüyü rəsmi olaraq açıqlanmır.
Nazirlik əməkdaşların təhlükəsizliyinin əsas prioritet olduğunu qeyd edib.
"Yaxın Şərqdəki xarici nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yerlər üçün əlavə zəruri tədbirlər qəbul edilib", - mənbə vurğulayıb.