Xarici diplomatlar Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyində olublar
Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edib.Qonaqlara görkəmli Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı haqqında məlumat verilib.
Bundan başqa, xarici diplomatlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıların şahidi ola biləcəklər.
