Azərbaycan və Rusiya qida məhsullarının operativ idxal-ixracını müzakirə ediblər

Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.
Görüşdə AQTA ilə “Rosselxoznadzor” arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb.
Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
