Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq evində Bəstəkar, şairə Sevinc Mansurova bəstəsinin işığı adlı tədbir keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra söz şerə-musiqiyə verildi. Daha sonra tamaşaçıların alqışları ilə səhnəmizin qonağı, bəstəkar - şairə Sevinc Akif qızı Mansurova səhnəyə dəvət aldı.
Müğənnilər H. Mirzəyev, X. Sarıyev, G. Kamal, X. Quliyev, İ, Məmmədov, O. Əkbərov, R. Hüseynov, R. Quliyev və S. Hüseynovun mahnıları proqramı rövnəqləndirdi. Aktyorlardan S. Mustafayeva, E. Babayeva, F. Həsənova, aparıcı L. Abdullayeva və Zaur Qurbanovun çıxışları ilə bir-birini əvəzlədi. Musiqiçilər M. Əliyevin, Q. Qasımov, M. Nəbiyev, R, Rüstəmov, Ə. Abbasov, H. Əsədzadənin ifaları alqışlarla qarşılandı.
Səhnə çiçək yağışına büründü. Tədbir anışlaqla başa çatdı. Bizdə Turkdunyasi.az informasiya portalının bütün yaradıcı kollektivi adından dəyərli Bəstəkar, şairə, kulturoloq Sevinc Mansurovaya uğurlar arzulayırıq!



















