Məşhur restoranda şirniyyatın içindən tük çıxdı

Bununla bağlı müştəri restoranın əməkdaşlarına müraciət edib.
Ancaq məsul şəxs üzrxahlıq etməyib və kobud danışıb:
“Mənə bildirdi ki, bizim işçilərin hamısı papaqla işləyir. Daha sonra hətta məni borclu çıxardı. Ən azından bir üzrxahlıq edilməli idi. Sonda hesabı verib, oranı tərk etdim”.
Şikayətçi bildirib ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verib və ümid edir ki, lazımi tədbirlər görüləcək.
Həmçinin müştəri onu da qeyd edib ki, sözügedən restoran rəsmi sosial şəbəkə hesablarında yalnız müsbət rəyləri saxlayır.Bakuplus.az
