Yasamalın keçmiş icra başçısından ilginc AÇIQLAMA - “Yerimə kimin təyin edilməsindən narahat deyiləm”

Yasamalın keçmiş icra başçısından ilginc AÇIQLAMA - “Yerimə kimin təyin edilməsindən narahat deyiləm” Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev son vaxtlar adının tez-tez mətbuatda hallandırılmasına münasibət bildirib.

İ.Mehdiyev “Ölkə.Az”-a açıqlamasında bundan qəti narahat olmadığını söyləyib:

“Son vaxtlar mənim adımın tez-tez hallandırılması və yerimə kimin gəlməsi məni qəti narahat etmir. Bütün bunlardan narahat deyiləm. Mənə vəzifə verən də, vəzifədən çıxaran da cənab Prezidentdir. Bundan sonra da cənab Prezident kimi layiq biləcəksə, onu da Yasamala icra başçısı təyin edəcək”.

Sabiq icra başçısı hazırda ailəsi ilə bərabər istirahət etdiyini deyib:

“Hazırda mən istirahət edirəm”.

Xatırladaq ki, İbrahim Mehdiyev Azərbaycan Prezidentinin 1 iyul 2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Geri qayıt