İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..

Sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas “adamı” Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: “Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.
Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da “haqqı”nı verib “ədaləti” satın alırlar? Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar”
"Dia-az"