Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib
Naxçıvan Muxtar Respublikasına (MR) yeni iqtisadiyyat naziri təyin olunub."Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin muxtar respublikanın iqtisadiyyat naziri təyin olunması haqqında qərar qəbul edilib.
