Suriyada şəhər meri və oğlu öldürülüb
Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb.Bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır.
