Özü direktor, bacısı baş həkim... - Abşeronda maraqlı təyinat olub

Qeyd edək ki, Sumqayıt tibb Mərkəzinin direktoru və TƏBİB rəhbərinin müşaviri işləmiş Səkinə Sadıxova bu sahədə tanınan personadır.
Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub.
KONKRET.az yayılan bu iddia ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Abşeron RMX-nın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Gülnar Seyidova ilə əlaqə saxlayıb.
Bölmə müdiri sorğumuza cavab veriləcəyini bildirsə də, bu saatadək heç bir cavab verməyib. Öncə tədbirdə olduqlarını, işə qayıtdıqdan sonra cavab verəcəklərini vurğulayıb, ardınca isə telefon zənglərimizi açmayıb. Whatsap mesajlarımız da cavablandırılmayıb.
KONKRET.az