“Həmin cəza bu niyyətdə olanlara ağır dərs olacaq” - deputat

“Həmin cəza bu niyyətdə olanlara ağır dərs olacaq” - deputat “Əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz”.

Bunu Milli Məclisin deputatı Qənirə Paşayeva 21 yaşlı qadının yaxın qohumu tərəfindən zorlanması hadisəsinə münasibətində deyib. Onun sözlərinə görə, bu cinayəti törədənlərə qarşı cəzalar sərtləşdirilməlidir:

“Qadınlara qarşı onların köməksizliyindən, utanıb ailəsinə xəbər verməyəcəyindən istifadə edərək bu dəhşətli cinayəti törədənlərin hamısına qarşı cəzalar sərtləşdirilməlidir. İnsanlar utanmamalıdırlar və belə hallarda mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidirlər”.

Deputat bildirib ki, bu cinayətdə iştirak edən hər bir vətəndaş layiq olduqları cəzanı almalıdırlar:

“Həmin cəza bu niyyətdə olanlara ağır dərs olacaq”.
Geri qayıt