DÖVLƏT TIBBI-SOSIAL EKSPERTIZA VƏ REABILITASIYA AGENTLIYININ NEVROLOJI VƏ PSIXIATIRIK ÜZRƏ "EKSPERTIZA QURUPU"NUN NÖVBƏTI FIRILDAĞI

Axırıncı komisiyada "ekspertdən" fərqli bir cavab aldıq,əlbəttə ki yenə şifahi formada.
-AAAA siz yenə bu xəstəni gətirmisiz,axı bu xəstəyə neçədəfə imtina vermişik.
Uzun sürən xahişdən,minnətdən sonra xəstə Həsənova Elnurəni "ekspert" qəbul edir və ağzını əyə əyə minnətlə bildirir ki
-Bu xəstə şizofren deyi və bu xəstədə o əlamətdər yoxdu.Göndəriş verim aparın 1 saylı RPX sına,orda kamera altında müşahidədə qalsın və əlamətləri dəqiq izləyək.Yalnız onnan sonra BƏLKƏ əlillik verdik.
Burda suallar yaranır:
1.Xəstə həqiqətəndə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nevroloji və Psixiatirik üzrə "ekspertiza qurupu" verdiyi şifahi rəyə əsasən Şizofren deyilsə F 60.4 F 32.1 diaqnozu xəstəyə hansı əsasla verilib vəəəə illərdir alınan müalicələrədəmi şübhə ilə yanaşır hörmətli ekspert?
2.Xəstə həqiqətən Şizofren deyilsə niyə dost xidmətində fəaliyyət göstərən vitek və onun sədri xəstəni müayinə edərkən bidir di ki,
-bunların başa xarab olub,bu ağırlıqda şizofren xəstəsinə niyə əlillik vermirlər?
Bizədə məsləhət gördü ki,bu işi verək məhkəməyə.
Bilirəm bütün bunlar bir oyundu və bu oyunda əsas məqsəd odur ki,xəstəyə əlillik dərəcəsi təyin edilməsin,elə bu marağa görədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nevroloji və Psixiatirik üzrə "ekspertiza qurupu" yardılıb.1 saylı RPX a,2 saylı psixiatrik xəstəxana və vitekin sədri ortada mövcud olan illərin xəstəsinə Şizofren deyir,bunu diaqnozdada təsdiq edir.Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nevroloji və Psixiatirik üzrə "ekspertiza qurupu" bu həqiqəti qəbullanmaq istəmir.Deyir xəstə kamera müşahidəsi altında izlənməlidir və ondan sonra bəlkə əlillik verdik. (Telexeber.az)