Deputat Elmira Axundovanın oğlu təhqiramiz status paylaşdı - FOTOFAKT

Deputat Elmira Axundovanın oğlu təhqiramiz status paylaşdı - FOTOFAKT Deputat Elmira Axundovanın oğlu Həbib Axundov sosial medianı təhqir edən status paylaşıb. Yayıminfo.com xəbər verir ki, H.Axundov facebook divarında paylaşdığı fotoda sosial medaianın ünvanına təhqiramiz ifadə yer alıb. Maraqldır ki, H.Axundov təhqiramiz statusundan əvvəl digər bir status da paylaşıb. Sonuncu statusu ilə "qonşu” olan əvvəlki statusunda anası Elmira Axundovanın bu yaxınlarda dərc olunan bir kitabı haqda məlumat yerləşdirib. Anasının müəllifi olduğu kitabın dərci haqda sosial şəbəkə istifadəçilərini məlumatlandırıb.
H.Axundovun əvvəlki addımı ilə sonuncu addını arasında ziddiyyət ortadadır.
Üstəlik Həbib Axundov biznesdən deputatlığa adlamış birinin övladı deyil.
Əlində qələmi olan, bir çox kitabların müəlliflik edən bir jurnalistin oğludur. Elmira Axundova deputat mandatını alana qədər mətbuatda az-çox tanınan bir kəs olub. İndi isə onun oğlu medianı söyür, təhqir edir. Niyə? Nə baş verir? Nədir deputat oğlunu sosial mediaya bu qədər qəzəbli edən?
Həbib Axundovun adı mətbuatda illərdir ki, hallanır. Onun bir qrup vətəndaşı aldadaraq 8 milyon manatdan artıq vəsaitlərini mənimsəməsi və bu cinayətin araşdırılmaması, azərbaycanlı model, "Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olmuş Günel Mirzəyevanın dənizdə boğulması və bu cinayətin araşdırılmaması, bu olay haqda yazan jurnalistin saxlanılmasını şərtləndirən şikayətdə bulunması haqda saysız-hesabsız yazılar var. Həmin yazılar sosial mediada da paylaşılır və geniş müzakirələrə səbəb olur.
H.Axundovun son paylaşımı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avqustun 3-də Heydər Əliyev prospektində 2 nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olan ağır avtomobil qəzası törətməsindən sonraya təsadüf edir. N.Allahverdiyev "Gelandewagen” markalı avtomobil ilə Az 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov yarışıblar. Yarışma dəhşətli qəza ilə sona çatıb, baş nazirin müavininin nəvəsinin maşını yanıb. Qəzadan sonra N.Allahverdiyev hadisə yerindən qaçırılmışdı. Qəza zamanı ölən Mehdi Əliyevin sükan arxasında olduğu bildirilirdi. Məsələ deputat oğlunun təhqir etdiyi sosial mediada geniş şəkildə müzakirə edildi, sükan arxasında Nail Allahverdiyevin olmasını təsdiqləyən məlumatlar paylaşıldı, məsələ böyüdü və ölkə rəhbərliyinin diqqət mərkəzinə düşdü. Bütün bu proses 3 günün içində baş verdi və baş nazirin müavinin nəvəsinin barəsində həbs qərarı verildi.
Hazırda N.Allahverdiyevin həbsində sosial medianın rolu, gücü haqda da geniş müzakirələr gedir. Məmurların ənənəvi medianı susdurmaq üçün illərdir göstərdikləri çabalar sosial media var olduğu gündən bu yana hər ötən saat mənasızlaşır. Ənənəvi medianı susdurmaq haradasa mümkün olsa da, sosial medianı susdurmaq əsla mümkün deyil!
Bu, imkanları aşan bir məsələdir. Və görünən budur ki, Azərbaycan hakimiyyəti artıq sosial medianı iqnor siyasətindən uzaqlaşır və daha çox həmin sosial medianın imkanlarından istifadəyə, öz maraqlarına uyğun davranmağa çalışır. Bu isə o deməkdir ki, gizlin qalan, gizlədilməyə çalışılan bütün mübhəmlər sosial media üzərindən faş olunacaq. H.Axundovun sosial mediaya yönəlik təhqiramiz statusu da heç nəyi dəyişməyəcək. Gizlinlər, gizlədilməyə çalışılan cinayətlər gec-tez sosial media üzərindən ictimailəşib qiymətini alacaq.

Deputat Elmira Axundovanın oğlu təhqiramiz status paylaşdı - FOTOFAKT
Deputat Elmira Axundovanın oğlu təhqiramiz status paylaşdı - FOTOFAKT
Deputat Elmira Axundovanın oğlu təhqiramiz status paylaşdı - FOTOFAKT
Geri qayıt