Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir -ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir...

Həmçinin qeyd edirlər ki, suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib. Bu fakt isə Zaur Mikayılovun rəhbərliyi altında ölkənin su probleminin hansı səviyyədə olduğunu gözlər önünə sərir. Eyni zamanda, etinasızlıq qeyd edilməlidir. Qurumun və onun şöbələrinin başı nələrə qarışıbsa, vətəndaşların içməli su problemini həll etmək yada düşmür. Əslində, onlarla belə faktlar var. Misal üçün Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinin binasına hələ də sayğaclar quraşdırılmayıb. Sonuncu dəfə "Azərsu" əməkdaşları əraziyə gələrək su probleminin həll ediləcəyinə söz vermişdilər. Deyilmişdi ki, mənzillərə sayğaclar qoyulacaq. Amma o gedən gediblər, hələ bir xəbər yoxdur. 165 mənzil isə Zaur Mikayılova etdiyi müraciətin nəticəsini gözləməkdədir.
Bundan başqa, Masazır kəndini göstərmək olar. Bu günlərdə İctimai Televiziya sakinlərin şikayətini işıqlandırmışdı. Masazırda ay yarımdır ki, su gəlmədiyi deyilirdi. Gələn isə havadır. Abşeron su-kanal idarəsinə müraciət isə nəticəsiz qalıb. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? - Bunu söyləmək çətindir...(anaxeber.info)