Şəfəq Ağacanın özünə doğum günü təbriki

Yaradana minnətdaram ki,belə güclü ruhda məni dünyaya göndərib.
Budur, daha bir irəliləyiş ili... Əzablarım, çətinliklərim və qorxularımla Allah mənə sadiq qaldı və illərimə daha bir il əlavə etdi!
Deyir oğullar analar dünyasını dəyişdikdən sonra,qızlar isə ataları bu dünyadan köçdükdən sonra böyüməyə başlayır,mənim dünyam olan atamı düz 17 il olacaq ki,itirmişəm.Həqiqətən də mən o gündən böyüməyə başladım ,nələrdən keçmədim ki...
Odur ki,mənim bu gün 49 yox,17 yaşım tamam olur ,hələ ömür qabaqdadır,yetim yaza çıxar,yamanlıq qış qalar...
Sevginin, ağrının və şirin hadisələrin yaşandığı bir dünyada yeni yaşımda dirçəlişimin ömür boyu sülh, sağlamlıq və xoşbəxtliklə keçməsini arzulayıram . Özüm özümü təbrik edirəm!Şəfəq ,yeni yaşın mübarək!
Şəfəq Ağacan