Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib

Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib  Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.

Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir.
Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib



Geri qayıt