Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222 - VİDEO - YENİLƏNİB

Belə ki, 90-TH-222 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. O, axına qarşı hərəkət edərək sürücülərə qəza təhlükəsi yaradıb. Daha sonra hərəkətinə həmin zolaqla davam edərək dairəyə daxil olub.
Yayılan bu görüntü sosial şəbəkədə birmənalı qarşılanmayıb.
***
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

"Ərazidə xidmət aparan Dövlət Yol Polisinin əməkdaşı tərəfindən qayda pozuntusu vizual olaraq aşkarlanıb və "Mercedes-Benz" markalı, 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb", - deyə T.Nəsirli bildirib. (oxu.az)