''Mühacir həyatı yaşayan Polis qardaşı oğlu''- Deputata qarşı sərt ittihamlar

''Mühacir həyatı yaşayan Polis qardaşı oğlu''- Deputata qarşı sərt ittihamlar Şamaxı şəhər sakini, Cəbrayılov Ağamikayıl Oruc oğlu redaksiyamıza müraciət edib. Onun müraciətinin səbəb isə Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazımın və qardaşımı Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunmaları ilə bağlıdır.

Hər iki müəllimi qanunsuz həbs edilməsinə göstəriş verən şəxs isə Sabirabad rayonundan Milli Məclisə deputat seçilmiş Xəlilov Rüstəm Gülabba oğlu və qardaşı "hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki" Ağəli Xəlilovdur. Hər iki məmur özlərini Sabirabad rayonun sahibi sayaraq qoçuluq edirlər. Bütün güc strukturlarına təyziq edən bu qardaşlar ailə üzvlərimə qənim kəsilib. Ş.Cəbrayılovu və K.Cəbrayılovu həbs etdirən deputat və qardaşının ürəyi sakitləşməyib ki hal-hazırda da onların ailəsinə hədə-qorxu gələrək Sabirabad rayonu Nizami kəndindən köçmələrini göstərişi verməkdədir. Rayonda “qoçuluq edən” deputat Rüstəm Xəlilov qohumları vasitəsiylə mesaj göndərib ki, kənddən köçməyəcəkləri təqdirdə oğlumun və qardaşımın həbsdən azad olunmasına imkan verməyəcək. hətta onların işgəncələrə məruz qoyacağı ilə hədələmişdir.

Bu gün Ölkə rəhbərinin azğınlaşmış və kasıb təbəqə üzərində güc nümayiş etdirməsinə sərt reaksiyası bu qardaşların heç vecə almadıqları aşıkardır. Ailə üzvlərimə qənim kəsilən Xəlilov qardaşları öz məkirli niyətlərindən əlçəkməkləri azmış kimi dövlətə sadiq olmadıqlarınıda gizlətməkdədirlər. Belə ki, Xəlilov ailəsinin üzvlərinin cinayətləri o cümlədən onların vətənə xain çıxdıqları Sabirabad əhlinə məlumdur. Bununla bağlı isə heç kəsin söz açmaması onların vəzifədə olması və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sadə insanlara zülm etmələridir.

Cəbrayılov Ağamikayıl Oruc oğlu əgər Prezidentimiz bunu bilsə əminəm ki, onun deputat mandatı əlindən alınacaq. Vətənə xainlik etdikləri üçün onları heç zaman bağışlamayacaqdır deyə qeyd edir.

A.Cəbrayılov həmçinin deputatın ailə üzvlərinin xranalogiyasından bəhs edib:

- "Deputatın qardaşı oğlu Xəlilov Xudaşirin Vaqif oğlu hal-hazırda ''siyası mühacir'' həyatı yaşayır. Mühacirlik həyatı yaşamamışdan öncə isə törətdiyi əmələrə nəzər saldıqda görürük ki, 1996/1999-cı illərdə Şirvan şəhər Polis Şöbəsində işləyib. Əlində küllü miqdarda narkotik vasitələr tutulduqdan sonra hansısa yollarla Azərbaycanı tərk edərək RF-nın Urenqoy şəhərində gizlənmişdir. Bir müddət sonra yenidən Azərbaycana dönərək dövlət əlehinə çıxışlar etməyə başlamışdır. Azərbaycan əleyhinə səsləndirdiyi mənfi ifadələr sayəsində Belçika hökümətindən siyasi sığınacaq almağa nail olmuşdur. Hal-hazırda Belçika dövlətində mühacirlik həyatı yaşamaqdadır."

Cənab Prezident indi görün bizlər kimlərin təhdid və şantajları ilə üz-üzə qalmışıq ki vətəni xaricilərin puluna satanlar bizi öz torpaqlarımızda yaşamaqdan məhrum etməyə çalışırlar.

- "Xəlilov Rüstəmin qohumlarının kiriminal vəziyyəti bununla bitmir deyə vətəndaş qeyd edib. Deputatın bir qardaşı Xəlilov Ağəli 2001-ci ildən Saatlı rayon Polis şöbəsinin rəisi işləyib. Həmin vaxt keçmiş MTN-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdiyinə görə, Ramil Usubovun əmri ilə işdən birdəfəlik qovulmuşdur. 2016-cı ildə yenidən görünməyən qüvələr tərəfindən Ədliyyə Nazirliyinin Penitensial xidmətində Təsərrüfat idarəsinin rəisi ədliyyə polkovniki təyin edilmişdir."

Cənab Prezient indi siz deyin keçmişi bu cür qaranlıq dolu olan deputat mənim ailə üzvlərimi oğlumu və qardaşımı qanunsuz olaraq həbs etdirib. Onların ailələrini isə kəndən köçməyə məcbur edərək qoçuluq edir. Siz deyin biz nə edək hara gedək kimə müraciət edək?

Mövzun diqqətimizdədir. Bizi izləməyə unutmayın!

Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

Növbəti yazımızda biləcəksiz!

- Deputatın saxta diplomlu qardaşı oğlu Xəlilov Mehman Vaqif oğlu haqqında geniş məlumatlar...

- Deputatın diplomsuz polis orqanlarında işləyən bacısı oğlu Abbasov Marif Arif oğlu haqqında...

- Ən əsası Sabirabadın Nizami kəndidə deputat kənd sakinlərini nəyə görə heykələ baş əyməyə məcbur edir?

- Əməkdaşımız Sabirabadın Nizami kəndindən hazırladığı video matryalı sizə təqdim edəcəyik.

Reportyor.org
Geri qayıt