Sədərək Gömrüyündə ƏCAİB QADAĞA... - "DƏRMAN MAFİYASI" İŞ BAŞINDA...

Şərur rayon sakini Sani Seyidov deyir ki, bu qadağın arxasında dərman biznesinə nəzarət edən yüksək vəzifəli məmurlar durur:
“Qızım sağalmaz xəstədir. 2-3 aydan bir Ərzurum xəstəxanasına aparıb həkim müayinəsindən keçirirəm. Hər dəfəsində yeni dərmanlar yazılır. Sədərək gömrüyü isə, bu dərmanları buraxmır. Bizi saatlarla gömrükdə saxlayırlar. Deyirlər ki, respti Azərbaycan həkimləri yazmalıdır. Hamısı bəhanədir. Türkiyədə dərmanlar xeyli ucuzdur. Naxçıvnada həmin dərmanlar 2-3 qat bahasına satılır. Kasıb adamam, bu dərmanları baha almağa gücüm çatmır. Çox zaman da bizə lazım olan dərmanlar Naxçıvanda tapılmır. Bu problemi qəsdən çıxarırlar ki, öz dərman biznesləri işləsin”.
Başqa bir şikayətçi Cəfər Adıgözəlov isə deyir ki, dərmanların buraxılmasını tələb etdi üçün az qala həbs olunacaqmış:
“Bel nahiyəmdə iki ildir ağrılar var. Naxçıvanda, Bakıda dəfələrlə həkimlərdə olub, müalicə alsam da, heç bir xeyri olmayıb. Keçən ay Türkiyəyə getdim. Ərzurum xəstaxanasında həkim müayinəsindən keçdim. Diqanoz qoyub, dərman yazdılar. Digəl ki, gömrük dərmanları buraxmadı. Deyirlər ki, resept Naxçıvanda yazılmayıb. Deyirəm ki, məni Türkiyədə həkim müayinə edib və resept yazıb. Xeyri olmadı. Səs-küy saldım. Polis çağırdılar. Həbs etməklə hədələdilər. Gördüm ki, şərləyib ya cərimə yazacaqlar, ya sutkalığa göndərəcəklər. Yalvarıb, canımı güclə qurtardım. Məcbur qalıb dərmanları geri göndərdim. Oradan 120 manata aldığı dərmanları Naxçıvanda 300 manata aldım“.
"Gündəlik Naxçıvan"