Atası maşın sürür, uşaq isə jezllə sürücülərin qarşısını kəsir - VİDEO

Hadisəni qeydə alan sürücü bildirir ki, 99-KA-904 qeydiyyat nişanlı "KIA" markalı avtomobildə olan uşaq yolboyu jezli bayıra çıxararaq digər sürücülərin hərəkətini tənzimləyib. Onları dayandıraraq öz avtomobillərinin keçməsinə şərait yaradıb. O, jezllə elə hərəkətlər edib ki, sanki kimisə müşayiət edir.
Qeyd edək ki, videodakı uşağın valideynləri redaksiyamıza müraciət edərək onun fiziki qüsurlu olduğunu və nəzarət altında olsa da xəstəliyi səbəbindən qarşısını ala bilmədiklərini qeyd ediblər.
Sözügedən videonu təqdim edirik.
Fərid