Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib

Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

 
Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib



Geri qayıt